RU

İsveçrə Gülnarə Kərimovanın 182 Milyon dollarını geri qaytarır

İsveçrə

İsveçrə və Özbəkistan, Mərkəzi Asiya ölkəsinin keçmiş mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya aid 182 milyon dollar məbləğindəki aktivlərin geri qaytarılması barədə razılığa gəliblər. “Ulusum”.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi öz Telegram kanalında məlumat verib. Sənədi Özbəkistanın ədliyyə naziri Akbar Toşqulov və ölkədəki İsveçrə səfiri Konstantin Obolenski imzalayıblar.Ədliyyə Nazirliyinin məlumatında bildirilib ki, geri qaytarılacaq vəsaitlər "Özbəkistanın ayrı-ayrı vətəndaşları tərəfindən qanunsuz əldə olunmuş və 2012-ci ildə İsveçrə Baş Prokurorluğu tərəfindən Gülnarə Kərimovaya qarşı cinayət işi çərçivəsində tam müsadirə olunmuşdur."Bu vəsaitlər Uzbekistan Vision 2030 adlı Çoxşaxəli Etibarlı Fond vasitəsilə ölkəyə qaytarılacaq. Oradan isə pulların Özbəkistanda sosial əhəmiyyətli layihələrə yönəldiləcəyi vəd edilib.Səidə

Diqqət Çəkənlər

Şəxsi Sirlər: bəzən susmaq daha yaxşıdır

Ərdoğan Azərbaycan səfirinə mükafat verdi

Hərbi Prokurorluq: Bu il hərbi cinayətlərin 100% açılıb

Избранный
11
ulusum.az

1Источники