Klubun Təmkin Xəlilzadə ilə hansısa bağının olub-olmadığını “Cəbrayıl”ın himayədarı və direktoru Şahin Məmmədovdan soruşduq:
“Yayılan məlumat həqiqəti əks etdirmir. Sadəcə, Təmkin üçüncü məşqçi kimi kömək edir. Futbolu ən çox bilən gənc mütəxəssislərimizdən biridi. Həm də gənc yaşlarında futbolçu olmasına yaxından dəstək olmuşuq. Ona görə də köməyini əsirgəmir. Baş məşqçimiz Əli Muradovdu. Çox savadlı və işini ürəkdən sevən pedaqoqdu”.
ƏSƏD SEYİDOV