RU

Çin ABŞ-ni “sabotaj və təxribat”da ittiham edir

Çin ABŞ-nin təzyiq yolu ilə “Bir kəmər, bir yol” təşəbbüsünü sabotaj etməsinə qəti şəkildə qarşı çıxır. “Reuters”in yaydığı məlumata görə, bunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian Panamanın proqramdan çıxmaq qərarı ilə bağlı sualı cavablandırarkən deyib.

Bu həftənin əvvəlində məlum olub ki, Panama Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı anlaşma memorandumunu yeniləməyəcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çin bu qərardan dərin təəssüf hissi keçirir və ümid edir ki, Panama ümumi ikitərəfli əlaqələr baxımından bir deyil, iki dəfə düşünəcək, kənar müdaxilələrdən qaçacaq.

Tural

Избранный
19
news365.az

1Источники