Alyaskada göyərtəsində 10 nəfərin olduğu təyyarə itkin düşüb, axtarışlar aparılır.
Dünən Alyaskada göyərtəsində 10 nəfərin olduğu təyyarə itkin düşüb. Hazırda təyyarənin axtarışı davam edir.
Operativ Media xəbər verir ki, bu barədə Alyaskanın İctimai Təhlükəsizlik Departamenti məlumat yayıb.
Agentlik məlumatında bildirib ki, kiçik turbovintli "Cessna Caravan" təyyarəsinin göyərtəsində doqquz sərnişin və bir pilot olub.