1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriya ölkə ərazisindəki Rusiya hərbi bazalarının saxlanılmasının şərtini açıqlayıb.
Oxu.Az xəbər verir ki, rəsmi Dəməşqin məsələ üzrə mövqeyinə ölkənin keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Qasra "The Washington Post" qəzetinin müxbirinin müvafiq sualını cavablandıranda aydınlıq gətirib.
O bildirib ki, Rusiyanın Tartus və Hmeymimdəki hərbi bazalarının mövcudluğu Suriya üçün faydalı olarsa, onlar ölkə ərazisində saxlanılacaqlar:
"Suriya üçün fayda götürsək, o zaman bəli".