RU

“Arsenal” yayda "Nyukasl"a rekord məbləğ ödəyə bilər

Premyer Liqa klublarından “Arsenal” yay transfer dönəmində komandanın hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Topçular” hazırda “Nyukasl”da çıxış edən isveçli hücumçu Aleksandr İsakı transfer etməyi hədəfləyir.

Bu keçid “Arsenal” tarixində rekord ola bilər. "Nyukasl" İsakın transferindən ən az 130 milyon avro qazanmaq istəyirlər.

25 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 22 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”in futbolçusu mövsümü erkən başa vurub

“Barselona” “Valensiya”nı kubokda da rahat buraxmadı

“Liverpul” FİNALDA

Türkiyə kuboku: “Alanyaspor” və “Göztəpə”dən evdə qələbə

Villian İngiltərəyə qayıdıb - rəsmi

Избранный
135
35
apasport.az

10Источники