RU

Onun suyunu içənlər 10 il xəstələnmir - Suya 1 ədəd əlavə etmək kifayətdir

Onun suyunu içənlər 10 il xəstələnmir -

Şalgam suyu, xüsusilə tərkibindəki probiyotiklər və turşu quruluşu sayəsində sağlamlıq üçün faydalı bir içkidir.

Emlakbazari.az

E-saglam.az bildirir ki, fermentləşdirilmiş bu içki, hər gün müntəzəm olaraq istehlak edildikdə, bağırsaq florasını tarazlaşdırır və həzm sistemini tənzimləyir. Şalgamın içindəki probiyotiklər həmçinin bədəni zərərli bakteriyalardan təmizləyir və immunitet sistemini gücləndirir.

Şalgam suyu, xüsusilə soyuq havalarda orqanizmi xəstəliklərə qarşı qoruyur və təbii müdafiə mexanizmi yaradır. Bu içki, turşu xüsusiyyətləri sayəsində orqanizmin toksinlərdən təmizlənməsinə və xəstəliklərin qarşısını almasına kömək edir.

Fermentasiya prosesi zamanı şalgamda olan təbii komponentlər probiyotiklərə çevrilir, bu da bağırsaqların sağlamlığını yaxşılaşdırır və həzmi asanlaşdırır. Şalgam suyu, tərkibindəki minerallar və vitaminlər sayəsində orqanizmi qidalandırır və gücləndirir.

İmmunitet sistemini gücləndirən şalgam suyu, xüsusilə qış aylarında qrip və soyuqdəyməyə qarşı əvəzsiz bir içkidir. Hər gün istehlak edildikdə, bu içki bədənin müqavimətini artırır və bədənə enerji verir. Şalgam suyu aşağı kalorili olması səbəbindən pəhriz saxlayanlar üçün də ideal bir seçimdir.

Şalgamın tərkibindəki liflər və su mədənin tox qalmasını təmin edir və aclıq hissini azaldır. Bu xüsusiyyətləri ilə şalgam suyu, pəhriz saxlayanlar üçün həm sağlam, həm də dadlı bir içki alternativi təqdim edir.

Şalgam suyu necə hazırlanır?

Şalgam suyu adətən qırmızı şalgam və turpdan hazırlanan fermentləşdirilmiş içkidir. Hazırlanması çox sadədir və demək olar ki, hər kəsin evdə tətbiq edə biləcəyi üsulla hazırlana bilər. 10 litr suya 1 ədəd şalgam, duz, kök və bulqur əlavə edilərək hazırlanır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
10
2
e-saglam.az

3Источники