Bu gün Ermənistanda separatçı rejimin Müdafiə Ordusunun keçmiş komandanı Cəlal Arutyunyan haqqında hökm elan ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Dövlət ittihamçısı Arutyunyanın 6 il, zərərçəkmiş tərəf isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Cəlal Arutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı (7 oktyabr) əks-hücumla bağlı yanlış məlumat verərək erməni hərbçilərin kütləvi şəkildə ölməsində ittiham olunur.Oktyabrın 12-də “Tsor” hərbi hissəsi, D20 diviziyasına hücumla bağlı digər ittiham isə məhkəməyə göndərilib.
İttihama görə, o, general-leytenant rütbəsində xidmətinə səhlənkar münasibət nümayiş etdirməsi nəticəsində ağır nəticələrə səbəb olub.