RU

Türkiyə “qocalır”

Türkiyənin əhalisi 2024-cü ildə 292 min 567 nəfər artaraq 85 milyon 664 min 944 nəfərə çatıb.

“Cebheinfo.az” xəbər verir ki, burada uşaqların payı 17 ildə 26,4 faizdən 20,9 faizə düşərkən, yaşı 65 və yuxarı olan əhalinin xüsusi çəkisi 7,1 faizdən 10,6 faizə yüksəlib. 

Boşanmaların nəzərəçarpacaq dərəcədə artmasına baxmayaraq, evlilik nisbəti çox aşağı olaraq qalır.

31 dekabr 2024-cü il tarixinə Türkiyədə yaşayan əhalinin sayı əvvəlki illə müqayisədə 292 min 567 nəfər artaraq 85 milyon 664 min 944 nəfərə çatıb. 

Türkiyə əhalisinin 2024-cü ildə əvvəlki illə müqayisədə artmasına baxmayaraq, əhali sürətlə qocalmağa davam edir. Bu yaş artımı eyni zamanda əhali piramidasında struktur dəyişiklikləri də gətirir ki, bu da əhalinin yaş və cins strukturunun dəyişməsini göstərir. 

Türkiyənin 2007 və 2024-cü illərə aid əhali piramidaları müqayisə edildikdə, doğum və ölüm nisbətlərinin azalması səbəbindən yaşlı əhalinin artdığı, orta yaşın artdığı görünür. 

Türkiyədə 2023-cü ildə 34 idisə, 2024-cü ildə 34,4-ə yüksəldi. Cinslərə görə tədqiq edildikdə, orta yaş kişilərdə 33,2-dən 33,7-yə, qadınlarda isə 34,7-dən 35,2-yə yüksəlib.

Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı Ünvan Əsaslı Əhali Qeydiyyatı Sisteminin (ABPRS) nəticələrinə görə, 2007-ci ildən bu yana götürülmüş məlumatlarla uşaqların 17 ildə 6 bal azaldığı (26,4 faizdən 20,9 faizə), 65 və yuxarı yaşda olanların sayının isə 361,1 faiz artdığı hesablanıb.

Məlumatlar göstərir ki, əhali yaşlandıqca nikahların sayı azalır, boşanmaların sayı artır.

Türkiyədə son bir ildə boşananların sayı  5 faiz, evlənənlərin sayı isə mində 4,7 artıb. 2023-cü illə müqayisədə 2024-cü ildə ən çox boşanma Bitlisdə baş verib. Bitlisi sırasıyla Kilis, Van, Bayburt və Batman izləyib.

İstanbulda isə 85 milyon 664 min 944 əhalinin 42 milyon 853 min 110-u kişi olduğu halda, qadınların sayı 42 milyon 811 min 834 nəfər olub.

İstanbulun əhalisi əvvəlki ilə nisbətən 45 min 678 nəfər artaraq 15 milyon 701 min 602 nəfərə çatıb. Türkiyə əhalisinin 18,3 faizinin yaşadığı İstanbulu 5 milyon 864 min 49 nəfərlə Ankara, 4 milyon 493 min 242 nəfərlə İzmir, 3 milyon 238 min 618 nəfərlə Bursa və 2 milyon 722 min 103 nəfərlə Antalya izləyir.

Избранный
56
1
cebheinfo.az

2Источники