RU

Ronaldunun klubu Rusiya komandaları ilə qarşılaşa bilər - AÇIQLAMA

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kommersiya direktoru olan Jordi Dürant Rusiya komandaları ilə yoldaşlıq oyunlarının mümkün təşkilindən danışıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı superulduz Kriştianu Ronaldunun da çıxış etdiyi klubun funksioneri "Matç TV" kanalına belə deyib:

“Rusiya komandaları ilə matçların mümkünlüyünü müzakirə etdik. Düzdür, fərqli təqvimlərə görə bunu etmək çətindir. Amma əgər uyğun bir tarix tapa bilsək, niyə də oynamayaq?". 

Xatırladaq ki, hazırda Rusiya Premyer Liqasında qış fasiləsindədir. Ölkə çempionatının oyunları fevralın sonunda bərpa olunacaq. "Krasnodar" 39 xalla liqa cədvəlində birinci yerdədir. Eyni xalla ikinci yeri “Zenit” tutur, ilk "3-lüy"ü isə Moskva “Spartak”ı (37) tamamlayır.

Mirağa

Избранный
9
42
fanat.az

10Источники