RU

ABŞ İrandan neft nəqlinə qarşı sanksiyalar tətbiq edir

ABŞ Maliyyə Nazirliyi İran neftinə qarşı bəzi sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.   Manset.az türk mətbuatına istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamaya görə, İran neftinin Çinə daşınmasında rolu olan şəxslər və qurumlara qarşı sanksiyalar tətbiq olunacaq. İranın ən böyük ticarət tərəfdaşlarından biri olan Çinə göndərilən neftin daşınmasında xidmət göstərmək; Çin, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən olan şəxslər və qurumlar sanksiyaya məruz qalacaq. Bəyanatda həmçinin İranın neftdən əldə etdiyi gəlirlə regionda sabitliyi pozduğu və nüvə potensialını artırdığı iddia edilib.

 

Избранный
30
manset.az

1Источники