Eritreyada saxlanılan “CMS Pəhləvan” gəmisi, “CMS İgid” və “CMS-3” gəmilərinin azərbaycanlı heyətinin yaxınları “Caspian Marine Services B.V.” şirkətinin qarşısında aksiya keçirib.
Həbs edilən dənizçilər gəmidə olarkən…
APA xəbər verir ki, aksiyanın məqsədi Eritreyada saxlanılan gəmivə heyətin buraxılmasına dair danışıqlar prosesi barədə məlumat almaq olub.
Həbs edilən Saleh Poladovun atası Vələd Poladov bildirib ki, oğlundan 3 aydır xəbər ala bilmirlər: “Biz şirkətdən məlumat almaq istəyirik. Artıq 3 ay keçib. Bunun sonu necə olacaq? Həbs edilən dənizçilər gəmidə olarkən bizimlə həftədə bir dəfə əlaqə saxlayırdılar. İndi isə heç bir xəbər yoxdur”.
Azərbaycan hökuməti dənizçilərin azad olunması üçün nə edir?
Mahmud Rüstəmovun atası Əmrah Rüstəmov deyib ki, hadisə ilə bağlı bir neçə dəfə şirkət rəsmiləri ilə, eləcə də Xarici İşlər Nazirliyində görüşdə olublar: “Biz Xarici İşlər Nazirliyində də olmuşuq, amma heç bir nəticə olmayıb. Biz dövlətimizdən övladlarımızı bizə qovuşdurmağını xahiş edirik. Caspian Marine Services etiraz aksiyasında bildirdik ki, gəmini nə vaxt istəsələr qurtararlar, bu şirkətin öz işidir. Ən son şirkətdən 2 həftə öncə demişdilər ki, 3 günə sənədləri götürüb çıxacaqlar. Dəqiq vaxt deyən yoxdur”.
Həbs edilən dənizçilərin ailələri nə tələb edir?
Ailə üzvləri deyib ki, 18 nəfərlik heyət artıq 3 aydır ailəsindən uzaqdır.
Daha sonra Eritreya hökumətinin qərarı nəticəsində saxlanılan şəxslərin yaxınlarını sözügedən şirkətin direktor müavini Aqşin Rəhimov qəbul edib. Görüş media nümayəndələri üçün qapalı keçirilib.
Görüşdən sonra iştirakçılar bildirib ki, onları qəbul edən Aqşin Rəhimov prosesin gecikməsinə bir neçə səbəbin olduğunu deyib və əlavə olaraq vurğulanıb ki, Eritreya ilə diplomatik münasibətlər çətinliklər yaradır. Belə ki, məsələ ilə bağlı viza verilmir, müraciət edilsə də imtina cavabı gəlir. Şirkətdən saxlanılanların ailələrinə onu da bildiriblər ki, onların azad edilməsi istiqamətində işlər davam etdirilir.
Caspian Marine Services niyə açıqlama vermir?
“Caspian Marine Services B.V.” şirkətindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.
Eritreya niyə Azərbaycan gəmilərini saxladı?
Xatırladaq ki, 7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunanAzərbaycanlı dənizçilərin problemidavam edir.Beynəlxalq gəmiçilik qaydalarıçərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı altında üzənCMS Pəhləvan gəmisi, CMS İgidvəCMS-3gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya dövlətinin ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya hökumətinin qərarı ilə saxlanılan Azərbaycan gəmilərinin son durumuqeyri-müəyyən olaraq qalır. Dəniz hüququ və beynəlxalq qanunlarçərçivəsində Azərbaycan tərəfi Eritreyaya hüquqi əsaslandırma təqdim edib.
Hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb. Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreyada saxlanılan gəmi barədə hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq notailə çatdırılıb. Eritreya XİN və diplomatik əlaqələr çərçivəsində Türkiyə və Moskvadakı səfirliklərdə müvafiq görüşlər keçirilib.
![Eritreyada](https://apa.az/storage/news/2025/february/07/small/67a5d5c75964f67a5d5c7596511738921415aeacfac792455119259219dd3e5c079b.jpeg)
![Eritreyada](https://apa.az/storage/news/2025/february/07/small/67a5d5c78fd3b67a5d5c78fd3d1738921415488e71192ee560b07c0540612e9aed0e.jpeg)
![Eritreyada](https://apa.az/storage/news/2025/february/07/small/67a5d5c7d3f2967a5d5c7d3f2a173892141561bff72602d5ec057635720f621790e0.jpeg)
![Eritreyada](https://apa.az/storage/news/2025/february/07/small/67a5d5c814f7e67a5d5c814f7f1738921415cf98946214b53f2eb4329740af143192.jpeg)