RU

Brüssellə Vaşinqton arasında ziddiyyət artır: “Tramp bu il müharibəni bitirə bilər, ancaq…”

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, Donald Tramp elə hakimiyyətə gələr-gəlməz müharibənin başa çatması istiqamətində müəyyən işlər görməyə başlayıb:

“Bunun ən bariz nümunəsi kimi neft və qaz qiymətinin aşağı salınmasını göstərə bilərik. Çünki neft-qaz qiymətlərinin aşağı salınması Rusiya iqtisadiyyatının ciddi şəkildə zəiflədilməsi, perspektivdə danışıqlar masasına otuzdurulması deməkdir. Eyni zamanda, Ukraynaya da hərbi yardım dayandırılıb, ancaq müəyyən qədər silah-sursat verilir. Bununla belə 90 gün müddətində artıq dəstək dayandırılıb. Tramp hər iki tərəfi illüziyadan uzaqlaşdırmağa, real fakt qarşısında qoymağa çalışır. Son zamanlar Ukraynanın Rusiyanın Kursk vilayətində fəallaşması da təsadüfi deyil. Bu, düşünülmüş addımdır. Ola bilsin ki, bu tapşırıq da ABŞ-dan gəlib ki, mümkün danışıqlara qədər Ukrayna Kurskda möhkəmlənməli, əli güclənməlidir. Belə olarsa, ərazi mübadiləsi həyata keçirilə və Ukrayna itirdiyi torpaqların bir hissəsini geri qaytara bilər. Əlbəttə ABŞ-ın bu mövqeyi Aİ-nı narahat edir. Aİ-nın mövqeyi Trampın sələfi Baydenlə daha çox üst-üstə düşürdü. Son zamanlar Brüssellə Vaşinqton arasında ziddiyyətin artması təsadüfi deyil. Tramp bu il müharibəni bitirə bilər, ancaq istənilən halda Ukrayna müəyyən qədər ərazi güzəştinə getməli olacaq. Bu da Ukrayna hakimiyyəti üçün çox da yaxşı nəticə sayılmır”.

//Gülnarə Abasova, Editor.az

Избранный
45
editor.az

1Источники