Stadionda hansı işlər görülür? Bu işlər nə qədər çəkəcək? Bu sualları “Mingəçevir”in mətbuat katibi Elnur Qasımova ünvanladıq:
“Köməkçi meydançamızı PFL-in standartlarına çatdırmaq, rəqiblərimizi orda qəbul etmək istəyirik. İş başlayıb, sona az qalıb. Tezliklə ev oyunlarımızı orda keçirəcəyik. Stadionda bir təbii meydançamız olacaq. Süni meydançamızı PFL-in standartlarına uyğunlaşdırmaq istəyirik. Hələlik ilkin işlərimiz bundan ibarətdi”.
ƏSƏD SEYİDOV