RU

İsrail "Hizbullah"ın keçmiş lideri Nəsrullahı belə öldürübmüş - VİDEO

İsrail "Hizbullah"ın keçmiş lideri Həsən Nəsrullahın öldürülməsini əks etdirən video yayımlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail mediası məlumat paylaşıb. 

Görüntülərdə raketin yolun hərəkət hissəsinə dəydiyi görünür. Analitiklər mərminin yerin altında partladığını ehtimal edirlər.  Yayımlanan görüntülərindəki tarixə əsasən, hadisə 27 sentyabr 2024-cü ildə baş verib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 27-də axşam saatlarında İsrail Müdafiə Qüvvələri Beyrutun sıx məskunlaşdığı ərazidə Hizbullahın əsas hərbi qərargahına zərbələr endirib. Nəticədə ən az 6 bina çöküb.

Ertəsi gün, sentyabrın 28-də İsrail ordusu Beyrut ətrafında yerləşən hərəkatın qərargahına hava hücumu zamanı "Hizbullah" lideri Həsən Nəsrullahın məhv edildiyini elan edib. "Hizbullah" daha sonra liderinin ölümünü təsdiqləyib.

Gülayə Mecid 

Избранный
23
50
unikal.az

10Источники