RU

Trampdan ŞOK addım - Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etdi

Image

ABŞ Prezidenti Donald Tramp daha bir səs-küylü addım atıb. Ağ Ev rəhbəri Qəzzada hərbi cinayətlərə görə İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq edən Sərəncam imzalayıb. Tramp bu sənəddə BCM-i “Amerika və yaxın müttəfiqimiz İsraili hədəf alan qeyri-qanuni və əsassız hərəkətlərdə” ittiham edib. O, məhkəmənin İsrail və ABŞ-a qarşı hərəkətlərinin təhlükəli nümunə yaratdığını, Amerika personalını təqib, sui-istifadə və həbs riski ilə üz-üzə qoyduğunu iddia edib.

SİTAT: “Bu bədxah davranış, öz növbəsində, Birləşmiş Ştatların suverenliyini pozmaqla təhdid edir və ABŞ hökumətinin və müttəfiqlərimizin, o cümlədən İsrailin kritik milli təhlükəsizlik və xarici siyasət kursuna xələl gətirir”. Sərəncama əsasən, ABŞ milli maraqları əsas gətirərək, BCM rəsmilərinə əhəmiyyətli cəzalar, o cümlədən aktivlərin dondurulması, onların və ailələrinin ölkəyə girişinə qadağalar tətbiq edilə biləcək.

Mətləb Salahov






Избранный
22
3
baki-xeber.com

4Источники