RU

Xamenei: "Əgər amerikalılar bizi təhdid etsələr, biz də onları hədələyəcəyik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün İranın Ali Rəhbəri Seyid Əli Xamenei ordunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanları ilə görüşüb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-nə istinadən xəbər verib.
"Əgər amerikalılar bizi təhdid etsə, biz də onları hədələyəcəyik. Əgər onlar bizə qarşı təhdidlərini həyata keçirsələr, biz də öz təhdidimizi reallaşdırarıq. Amerikalılar İran xalqının təhlükəsizliyinə hücum edərsə, çəkinmədən onların təhlükəsizliyinə qarşı tədbir görəcəyik", - deyə İranın ali rəhbəri vurğulayıb.
Ə.Xamenei əlavə edib ki, ABŞ rəsmiləri kağız üzərində dünya xəritəsini dəyişirlər, ancaq bunun reallıqla heç bir əlaqəsi yoxdur.
Избранный
125
50
oxu.az

10Источники