1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Süni intellekt sistemlərinin inkişafında ixtisaslaşan Çinin "DeepSeek" texnologiya nəhəngi sosial şəbəkədə şirkət haqqında yayılan saxta hesablar və yanlış məlumatlar barədə istifadəçiləri xəbərdar edən rəsmi bəyanatla çıxış edib.
Oxu.Az-ın verdiyi məlumata görə, şirkət bu barədə Çinin "WeChat" sosial şəbəkəsində müraciət dərc edib.
"DeepSeek" nümayəndələri qeyd ediblər ki, bu cür dezinformasiya ictimaiyyəti çaşdırır və narahatlıq yaradır.
Şirkət istifadəçilərə dəqiq məlumat əldə etmək üçün yalnız "DeepSeek"in rəsmi resurslarına müraciət etməyi tövsiyə edir.
Bundan əlavə, şirkət sosial şəbəkələrdəki rəsmi hesablarının siyahısını təqdim edib.