RU

Azərbaycanda unun son topdansatış qiymətləri açıqlandı

Azərbaycanda unun son topdansatış qiymətləri açıqlandı.

Fevralın 6-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,8-27,2 manat civarında dəyişib.

AzPost xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

“Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd oluub.

Bu ilin yanvarın 30-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

“ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat;

“Anadoluqida” və “AVETA” və “KARAT HOLDİNQ” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,15 manat;

“Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.20 manat;

“Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Orxan UN”, “Xırman”, “SKY AGRO” MMC-lər, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI və “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat;

“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,60 manat;

“Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26 manat;

“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,35 manat;

“Hazartürk LTD”, “Sünbül 2012”, “Taxıl AQRO” və “Avrora” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

“NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat;

“Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,70 manat;

“Qarabağ un” MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,80 manat.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Избранный
93
36
azpost.info

10Источники