Türkiyə Rusiya tərəfinin tələbi ilə qətl və quldurluqda ittiham olunan Olim Mahmudovu Moskvaya ekstradisiya edəcək.
Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, 2008-ci ilin sentyabrında Mahmudov əlbirliyi ilə bir nəfərə hücum edərək onun avtomobilini, mobil telefonunu və təxminən 75 min rubl pulunu oğurlayıb, bundan sonra cinayət yerindən qaçıb.
Mövsüm
AzNews.az