RU

“Doktorantların 82%-i elmi işlərini uğurla müdafiə edib”

“Son 5 ildə doktoranturaya qəbul olanların 82%-i elmi işlərini uğurla müdafiə edib”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu sözləri Lənkəran Dövlət Universitetinin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov deyib.

Rektor qeyd edib ki, universitetin əməkdaşlarının beynəlxaq indeksli jurnallarda 150-yə yaxın elmi işi dərc olunub və onlara dünyanın müxtəlif ölkələrindən 1000-dən artıq istinad edilib.

Bu faktı “Azərbaycan müəllimi”nə Universitetin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıqlayıb.

Rektorun sözlərinə görə, elmi-tədqiqat işlərin sayı artdıqca universitetin Hirşa indeksi (h-indeksi) artan dinamika ilə yüksəlir:

"Sözsüz ki, bununla kifayətlənə bilmərik. Alimlərimizin, doktorant və magistrlərin  elmi fəaliyyətinin artırılması istiqamətində səylərimizi davam etdiririk. LDU son zamanlar dünyanın ən nüfuzlu beynəlxalq reytinq bazalarından hesab edilən “Quacquarelli Symonds World University Rankings” və “Times Higher Education World University Rankings” sitemlərində iştirak edir. Beynəlxalq reytinq cədvəllərindəki mövqeyimizin yaxşılaşdırılması məqsədilə universitetdə xüsusi işçi qrup yaradılıb və həmin reytinq bazaların tələblərinə uyğun şəkildə işlərin görülməsi istiqamətində tədbirlər planı icra edilir”.

Избранный
32
tehsil.biz

1Источники