Kevin de Bruyne mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.
Msport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi yayda komandasını dəyişmək qərarına gəlib.
Belçikalı pleymeykerin yeni klubu da artıq bəllidir. O, karyerasını ABŞ-da davam etdirəcək. Belə ki, ulduz futbolçu “San Dieqo” klubuna keçməyə razılaşıb.
Qeyd edək ki, Kevin de Bruyne 2015-ci ildən “Mançester Siti”nin formasını geyinir.