Bakı, 7 fevral, AZƏRTAC
İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Serxio Ramos karyerasını Meksikada davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 39 yaşlı müdafiəçi "Monterrey" komandasına keçib. Təcrübəli oyunçu ilə 1 illik müqavilə imzalanıb.
O, yeni komandasında 94 nömrəli formanı geyinəcək. Ramosun bir illik məvacibi 4 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Serxio Ramosun son klubu İspaniya "Sevilya"sı olub.