“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 7 EDM fəaliyyət göstərir.
“Hazırda Bakı və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda isə 15 EDM fəaliyyət göstərir”.
Operativ Media xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən mətbuat konfransında deyib.
O əlavə edib ki, Qusar şəhərində, Şahdağ istirahət kompleksi yolunda 60 kVt gücündə EDM məntəqəsinin quraşdırılması yekunlaşıb və hazırda proqram təminatına inteqrasiya prosesi həyata keçirilir.