RU

Kremldən "Rus evi" ilə bağlı AÇIQLAMA: Yüksək səviyyədə...

Rusiya Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək.

Demokratikmusavat.com APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kremlin Bakıya mesajı budur ki, bu addım anlaşılmazlıq hesab edilir.

Dmitri Peskovun açıqlaması zamanı Bakıda Rusiyanın mədəniyyət mərkəzi olan “Rus Evi”nin bağlanmasından təəssüfləndiyini qeyd edib.

“Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli əlaqələrdə yeni mərhələ çərçivəsində nail olmaq olar... Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələ gündəmə gələ bilər. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik”, - Kremlin Bakıya mesajı olaraq Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Azərbaycan hökuməti, Bakıdakı "Rus Evi"nin (Rossotrudniçestvo) fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya rəsmi bildiriş göndərib. Bu qərarın əsas səbəbi, "Rus Evi"nin Azərbaycan qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə, fevralın 3-də Rusiya tərəfinə nota göndərildiyini təsdiqləyib və qeyd edib ki, "Rus Evi"nin qeydiyyatsız fəaliyyəti ölkənin qanunlarının ciddi şəkildə pozulması deməkdir”.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
104
6
Demokratikmusavat.com

10Источники