RU

Bakıda beynəlxalq hakimlik kursları keçiriləcək

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) fevralda beş hakimlik kursu keçirəcək.

Fanat.Az xəbər verir ki, onlardan ikisi Bakıda təşkil ediləcək.

Birinci kurs fevralın 20-23-nə nəzərdə tutulub. Burada güllə atıcılığı üzrə hakimlər iştirak edəcəklər. Fevralın 27-dən martın 2-ə kimi isə stend atıcılığı üzrə hakimlik kursu keçiriləcək.

Kurslarda qarşıdan gələn Olimpiya tsiklində tətbiq olunacaq yeni qaydalar, yarışların reqlamentindəki dəyişikliklər və hakimliyin cari məsələləri müzakirə olunacaq.

Həmçinin, Vroslav (Polşa), Yeni Dehli (Hindistan) və Asunsyonda (Paraqvay) da hakimlik kursları keçiriləcək.

Избранный
13
fanat.az

1Источники