RU

Rusiyanın müdafiə xətti YARILDI - Bu ərazilər ƏLƏ KEÇİRİLDİ

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində müdafiə xəttini yararaq Rusiyanın ərazisinə 5 km irəliləyib.

Paytaxt.org  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildirib.

Məlumatda qeyd olunub ki, Ukrayna ordusu bir sıra mexanikləşdirilmiş hücumlar həyata keçirərək Rusiya müdafiəsini yarıb və Sudjanın cənub-şərqinə doğru irəliləyib.

“6 fevralda yayımlanan geolokasiya görüntüləri təsdiqləyir ki, Ukrayna qüvvələri Maxnovkanın cənub-qərbində, eləcə də Çerkasskaya Konopelkanın (Sudja-Oboyan) şimalında və şərqində mövqelər tutub, Kolmakov və Fanaseyevka kəndlərini nəzarətə götürüb”, – ISW hesabatında deyilir.

Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir ki, bu da Ukrayna ilə sərhəddə yerləşən Rusiya bölmələrinə əlavə təzyiq yaradır.

Musavat.com

Избранный
11
paytaxt.org

1Источники