RU

Farş ətdən niyə ucuzdur? - “Qiyməti ən azı 22 manat olmalıdır”

Sosial şəbəkə videolarında mağazalarda satılan hazır farşın tərkibinə toyuq içalatının qatılmasına dair şübhələr bildirilir. Qida məsələləri üzrə ekspert İlkin Şirinov “Yeni Sabah”a danışarkən bu şübhələri əsaslı sayıb:

“Ətin kilosu 15-16 manata satıldığı halda, farşın 12 manata təqdim edilməsi, həqiqətən, müəyyən suallar yaradır. Əgər farş yalnız ətdən hazırlanırsa, sümükdən ayrılma prosesi və maya dəyəri nəzərə alındıqda, onun qiyməti ən azı 22 manat olmalıdır. Lakin qiymətin ucuzluğu farşın tərkibi ilə bağlı müəyyən şübhələr yaradır”.

Ekspert qeyd edib ki, farşın tərkibi bəzən yalnız satışda olan ətdən ibarət olmur:

"Şox zaman ona baş əti, heyvan mənşəli piy və digər qatqılar əlavə edilir. Məhz buna görə farş bazarda 11-12 manata təklif olunur. Üstəlik, bəzi hallarda onun tərkibinə toyuq içalatının (pətənək) da qatılması mümkündür.

Sağlamlıq baxımından, həddən artıq piyin istifadəsi orqanizmdə xolesterinin miqdarını artırır, piylənməyə və damarlarda kirəclənməyə səbəb olur. Xüsusilə, istifadəyə yararsız yağlar və piylər insan sağlamlığı üçün ciddi təhlükədir. Bu, müxtəlif ürək-damar xəstəliklərinin və digər ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Buna görə də, istehlakçı farş alarkən onun mənşəyinə və keyfiyyətinə diqqət yetirməli, etibarlı mənbələrdən alış etməlidir”.

Aytac Şahin


Telegram kanalımız
Избранный
33
yenisabah.az

1Источники