RU

Zəngəzur dəhlizinin açılması beynəlxalq tələbdir, Ermənistanın, İranın buna sonadək müqavimət göstərməsi mümkün deyil

Bakı. Trend:

İdeyası Azərbaycan tərəfindən irəli sürülən Zəngəzur dəhlizidünyanın demək olar ki, bütün siyasi, iqtisadi güc mərkəzləritərəfindən dəstəklənir. Azərbaycanla yanaşı, ABŞ, Avropadövlətlərinin mütləq əksəriyyəti, Çin, Rusiya, Mərkəzi Asiyaölkələri və digərləri bu dəhlizin aşılmasında maraqlı olduqlarınıaçıq mətnlə bəyan edirlər. Sözügedən dəhliz fəaliyyətə başladıqdansonra Avrasiyanın tranzit daşımaları coğrafiyasında mühümyeniliklərə səbəb olacaq. Bundan region ölkələri də əhəmiyyətlidərəcədə faydalanacaq. Amma hazırda Ermənistan və İran yenədəhlizin işə düşməsinə əngəl yaratmaq cəhdlərindən əl çəkmirlər.Halbuki, sözügedən dəhlizin açılmasının ləngiməsi daha çoxErmənistana zərər edir və bu ölkənin dalan vəziyyətində qalmasınışərtləndirir.

Azərbaycan dəfələrlə bəyan edib ki, dəhlizin işə düşməsi ikiölkə arasında münasibətlərin perspektivi baxımından mühüm önəməmalikdir. Eyni zamanda ölkəmiz Zəngəzur dəhlizinin fəaliyyətəbaşlamalı olması ilə bağlı tələbində onu da diqqətə çatdırır ki,Azərbaycanın Ermənistana qarşı hansısa ərazi iddiası yoxdur.Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı buxüsusda Prezident İlham Əliyev bu məqama bir daha toxunub. Onunsözlərinə görə, həm beynəlxalq müstəvidə, həm Ermənistanlaikitərəfli təmaslar əsnasında daim qeyd edilir ki, AzərbaycandanAzərbaycana maneəsiz keçid olmalıdır: “Heç bir yoxlamadan keçmədən,heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat vəazad keçid olmalıdır… Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq.Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. AncaqErmənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərəkAzərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

Ermənistan yurisdiksiyası altında Qərbi Zəngəzurdan keçənnəqliyyat dəhlizlərinin açılmasına hazır olduğunu bəyan edir.Azərbaycanın da qeyd edildiyi kimi sözügedən ərazidə Ermənistanınyurisdiksiyasına hansısa iddiası yoxdur. Amma ölkəmiz bəyan edirki, Azərbaycanndan Naxçıvana və əks istiqamətdə hərəkət edənşəxslər, daşınan yüklər hansısa yoxlamaya və digər prosedurlaraməruz qala bilməz. Digər subyektlər üçün Ermənistan öz qanunlarıçərçivəsində bütün prosesdurları tətbiq edə bilər. Bütün bunlardanciddi əndişə duyanlardan biri isə İrandır. İranın Ermənistandakısəfiri Mehdi Sübhaninin keçirdiyi mətbuat konfransındasəsləndirdiyi fikirlər bu ölkənin hələ də Zəngəzur dəhlizi iləbağlı həqiqətləri qəbul etmək istəmədiyini göstərir.

Səfir qeyd edib ki, region ölkələri arasında yalnız İranErmənistanın Zəngəzur dəhlizinə qarşı mövqeyini dəstəkləyir: “Buməsələdə Ermənistanla heç bir fikir ayrılığımız yoxdur və eynifikirdəyik. Zəngəzur dəhlizi həm İrana, həm də Ermənistana zərərverəcək. Biz dəhliz məntiqinin əleyhinəyik, beynəlxalq nəzarətdəolacaq istənilən yola qarşıyıq, sərhədlərin dəyişməsinə səbəbolacaq hər şeyin əleyhinəyik. Biz bunu çox açıq şəkildə bəyanetmişik və bu məsələ ilə bağlı başqa ölkələrin fikirlərini nəzərəalmırıq. Bəzi ölkələr İranın guya bu məsələdə mövqeyindən geriçəkildiyinə dair şübhələr yaratmağa çalışırlar. Bu məsələ bizimtəhlükəsizliyimizlə bağlıdır”. Lakin nədənsə səfir Zəngəzurdəhlizinin İranın təhlükəziliyinə hansı təhdid yaratması məsələsinəaydınlıq gətirməyib. Öz növbəsində Azərbaycan dəfələrlə bildirib vəyenə də o mövqeyində qalır ki, Ermənistana ərazi iddiası yoxdur. Bukontekstdə İranın əvvəlki kimi Qərbi Zəngəzurdan keçən nəqliyyatxətlərinin əleyhinə çıxması əslində, daha çox öz geoiqtidasi vətranzit maraqlarından qaynaqlanır.

Məsələ burasındadır ki, Qərbi Zəngəzurdan keçən nəqliyyatxətlərinin açılmasını istəməyən İran öz ərazisindən alternativmarşrutun keçməsinə heç bir etiraz etmir. Qeyd edilməlidir ki,2022-ci il martın 11-də İran ərazisindən keçməklə AzərbaycanınŞərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasıarasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqındaAnlaşma Memorandumu imzalanıb və ötən dövr ərzində onun icrasıistiqamətində xeyli iş görülüb. Azərbaycandan İrana, buradanNaxçıvana keçən marşrut Cənubi Araz dəhlizi kimi tanınır. CənubiAraz dəhlizi işə düşdükdən sonra Ermənistan yenə regionda böyükiqtisadi layihələrdən kənarda qalacaq. Sözügedən dəhlizErmənistan-İran sərhədindən təxminən 5 kilometr cənubdan keçir.Bura dəmir yolu, çoxzolaqlı avtomobil yolu, elektrik xətləri vərəqəmsal rabitə daxildir. Bütün bu kommunikasiyalar vasitəsiləŞərqi Zəngəzur Naxçıvanla birləşdiriləcək. Naxçıvana nəqliyyat vəlogistika dəhlizi Araz çayı boyunca uzanaraq Zəngəzur dəhlizinineynisi olacaq. İranın Ermənistandakı səfiri Mehdi Sübhani mətbuatkonfransında bu məsələyə də toxunub. Onun sözlərinə görə, əvvəlkiyükdaşıma yolu kifayət qədər uzun idi, lakin indi Azərbaycan yükmaşınları yolun böyük hissəsini öz ərazisindən, qalan hissəsini isəİrandan – Ermənistan sərhədi boyunca keçə biləcək. Yeni marşrutunuzunluğu 50 kilometr təşkil edəcək. Cənubi Araz dəhliziErmənistanın transmilli layihələrdən kənarda qalması deməkdir. Ammanədənsə Ermənistan rəhbərliyi bu həqiqəti qəbul etmək istəmir.İrəvan onu da görmək istəmir ki, İranın yanaşması Ermənistanıniqtisadi maraqları ilə tam ziddiyyət təşkil edir.

Bütün bunlara rəğmən, proseslərin gedişi Zəngəzur dəhlizininaçılışının qaçılmaz olduğunu göstərir. Çünki onun fəaliyyətəbaşlaması beynəlxalq tələbə çevrilir və Ermənistanın, İranın bunasonadək müqavimət göstərməsi mümkün deyil. Elə bu fonda kanadanın“Geopolitical Monitor” nəşri yazır ki, Zəngəzur dəhlizi regionaləlaqələrin yaxşılaşdırılmasına yönəlmiş böyük infrastrukturtəşəbbüsüdür: “Dəhlizin regional əlaqələrə də müəyyən təsirləriolacağı gözlənilir. Bu, Çin, Mərkəzi Asiya və Avropanı birləşdirəngetdikcə daha vacib ticarət marşrutuna çevrilən Orta Dəhliztəşəbbüsünün təməl daşıdır. Dəhliz geosiyasi gərginliklər, xüsusəndə Rusiya-Ukrayna münaqişəsi səbəbindən əhəmiyyətli fasilələrləüzləşmiş şimal ticarət yollarına mühüm alternativdir. Layihəhəmçinin Cənubi Qafqazın qlobal təchizat zəncirlərində rolunuartırmağı vəd edir. Artan səmərəlilik Mərkəzi Asiya ölkələrinəAvropa bazarlarına sərbəst çıxış əldə etməyə, onları qlobaliqtisadiyyata daha da inteqrasiya etməyə imkan verəcək. Bundanbaşqa, Orta Dəhlizin inkişafı türk dünyasında iqtisadi əməkdaşlığınartan tendensiyasına, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələriarasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsinəuyğundur. Beləliklə, Zəngəzur dəhlizi təkcə regional infrastrukturlayihəsi deyil, bir neçə qitədə iqtisadi mənzərəni dəyişə biləcəkdaha geniş transformasiya təşəbbüsünün bir hissəsidir…

Ermənistan suverenlik məsələlərini və tarixi şikayətləri əsasgətirərək layihəyə qəti şəkildə qarşı çıxır. İran bu layihəninölkənin regional tranzit qovşağı kimi rolunumarginallaşdıracağından və Cənubi Qafqazdakı strateji təsirinisarsıdacağından ehtiyat edərək Zəngəzur dəhlizinin ən sərtəleyhdarlarından biri olaraq qalır… Avropa İttifaqı da öznövbəsində regional əlaqələr yaratmaq səylərini dəstəkləyir. Qərbdövlətləri dəhlizin Avropa və Cənubi Qafqaz arasında iqtisadiəlaqələri gücləndirmək potensialını tanıyaraq, ona ticarətingenişləndirilməsi və xüsusilə enerji sektorunda təchizat zəncirinindayanıqlığının artırılması üçün mühüm marşrut kimi baxırlar. Aİhəmçinin infrastruktura əlavə sərmayə yatırmaq imkanlarınıaraşdırır. Bu arada, Çin çox güman ki, Asiya və Avropa arasındatranzit keçid kimi onun strateji dəyərini tanıyaraq, dəhlizin“Kəmər və Yol” Təşəbbüsünə daxil edilməsi ideyasını alqışlayacaq…Regiondankənar güclər dəhlizin həyat qabiliyyətiniqiymətləndirdikcə, onun beynəlxalq ticarətin və siyasətinformalaşmasında rolu inkişaf etməkdə davam edir”. Bütün bunlar birdaha Zəngəzur dəhlizinin açılmasının artıq beynəlxalq miqyasda datələbə çevrilməkdə olduğunu təsdiq edir.

MTM Analitik Qrup

Избранный
9
az.trend.az

1Источники