“Bank of America”nın (BofA) strateqləri ABŞ fond bazarının digər fond bazarlarına nisbətən performansının azalmağa davam edəcəyini gözləyirlər.

İndex.az xəbər verir ki, Maykl Hartnetin başçılıq etdiyi strateqlərin sözlərinə görə, Braziliya, Almaniya, İngiltərə, Çin və Kanadanın fond bazarları “Wall Street”dən üstün olub.

“Möhtəşəm Yeddilik” kimi tanınan texnologiya şirkətlərindəki zəifləmənin buna səbəb olduğu bildirilir.