RU

Separatçıların məhkəmə prosesi Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətlərini işfa edir

Bakı. Trend:

Qarabağda mövcudluğuna 2023-cü ildə son qoyulan separatçırejimin bir qrup rəhbər şəxsinin bu günlərdə Bakıda keçirilən açıqməhkəmə prosesində verdiyi ifadələr, səsləndirdiyi etiraflarErmənistanın işğalçı siyasəti dövründə yol verdiyi müharibəcinayətlərinin miqyası ilə bağlı dolğun təsəvvür yaradır. Bundannarahat olan rəsmi İrəvan separatçıların məhkəmə prosesindəkiifadələrinin işfaedici təsirini guya “azaltmaq”, beynəlxalqictimaiyyəti çaşdırmaq ümidi ilə əsası olmayan gülünc iddialarsəsləndirir.

Aşkar görünür ki, Ermənistan rəhbərliyi separatçı rejiminnümayəndələrinin açıqlamaları fonunda beynəlxalq səviyyədə ifşa vərüsvay olduqlarından narahatdırlar. Belə ki, separatçı rejimərəhbərlik etmiş Araik Harutyunyanın məhkəmə prosesində İkinciQarabağ müharibəsi zamanı Gəncə şəhərinin ballastik raketləvurulması barədə əmrin rəsmi İrəvan tərəfindən verildiyinibildirməsi və Azərbaycan xalqından üzr istəməsi Ermənistan başnaziri Nikol Paşinyanı bərk təşvişə salıb. A.Harutyunyan dolayısıilə etiraf edib ki, Gəncə, Bərdə və digər ərazilərimizin vurulmasıəmrini birbaşa baş nazir Nikol Paşinyan verib.

Ermənistanın ictimai televiziyasına müsahibəsində Bakıdasaxlanılan şəxslərə guya psixotrop maddələrin verildiyini, onlarındanışmağa məcbur edildiklərini iddia edən Nikol Paşinyanqeyri-ciddi siyasətçi obrazını daha da gücləndirib. O iddia edibki, “separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrintətbiqi” regional eskalasiyaya rəvac vermək məqsədi daşıyır. Beləcəfəng açıqlamalar verən Ermənistan baş naziri Azərbaycanı “hücumetməyə hazırlaşan”, “müharibə ilə təhdid edən” ölkə kimi təqdimetmək niyyəti güdüb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin gedişində beynəlxalqkonvensiyalara zidd olaraq bir sıra əmrlər verən Nikol Paşinyanhakimiyyətinin insanlıq əleyhinə cinayətlərə yol verdiyiAzərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən dünyayabəyan edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi CenevrəKonvensiyasının və BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixliqətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda,silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”sinintələblərini pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri,təsərrüfat təyinatlı məntəqələri hədəfə alıb.

Beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozanErmənistan silahlı qüvvələri döyüş zonasından uzaqda yerləşənGəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərimizi,rayonlarımızı qadağan olunmuş raket və kasetli bombalarla atəşətutub. Bundan fərqli olaraq, Azərbaycan hərbi əməliyyatlar dövründəyalnız legitim hərbi hədəflərə zərbələr endirib, mülki əhalinihədəf seçməyib. Hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçilərinələyaqətlə, təmkinlə davranmaq və mülki vətəndaşlara zərər vurmamaqtapşırığı verilib.

Müxtəlif müharibə cinayətlərində təqsirli bilinən separatçılarınrəhbərlərinin bu faktları açıq etiraf etmələri ölkəmizin beynəlxalqməhkəmə instansiyalarında Ermənistana qarşı qaldırdığı iddialarınnə qədər əsaslı olduğunu, real fakt və sübutlara söykəndiyinigöstərir. Eyni zamanda, rəsmi Bakı müharibə cinayətlərindəErmənistanda əvvəllər hakimiyyətdə olmuş şəxslərin – LevonTer-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın da bilavasitəməsuliyyət daşıdıqlarını bəyan edir.

Separatçıların açıq keçirilən məhkəmə prosesi Ermənistanınəvvəlki rəhbərlərinin də planlı və məqsədli şəkildə müharibəcinatyətlərinə təşkilatçılıq etdiklərini göstərir. İşğaldan azadedilmiş ərazilərin mənzərəsi göstərib ki, Ermənistan 30 ilik işğaldövründə kütləvi dağıntı və söküntüləri, talançılığı xüsusiamansızlıqla həyata keçirib, ekologiyamıza ciddi ziyan vurub,mədəni, dini abidələri, qəbiristanlıqları məhv edib. Bütün bunlartarixən saxta və zərərli ideologiya əsasında erməni cəmiyyətinəaşılanmış qatı millətçi ideologiyanın, kin-küdurətin, nifrət vəqisasçılıq hissinin real təzahürləridir.

Prezident İlham Əliyevin yanvarın 8-də yerli televiziyakanallarına müsahibəsində Ermənistanda faşist ideologiyasının hökmsürdüyünü bir daha açıq bəyan edib: “Onlar revanşist fikirlərləyaşayırlar, Ermənistan faktiki olaraq bölgə üçün bir təhdidmənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşistdövlətdir….Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizmtəhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir”.

Ermənistan rəsmilərinin mərkli məqsədi, aparılan saxta kampaniyahəm də saxlanılan şəxslərin guya “təzyiq və qeyri-hüquqi davranışaməruz qalmaları” ilə bağlı əsassız fikir formalaşdırmağa xidmətedir. Halbuki, Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlıiddialar Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən də araşdırılıb,onların yalan olduğu təsbit edilib. Fevralın 6-da keçirilən açıqməhkəmə prosesi zamanı hərbi cinayətlərdə təqsirləndirilənşəxslərdən təkcə Araik Harutyunyan deyil, Davit Babayan da istintaqdövründə hər hansı təzyiqə, xoş olmayan rəftara məruz qalmadıqları,təcridxanada onlara qanun çərçivəsində normal şəraitinyaradıldığını, hüquqlarının qorunduğunu etiraf ediblər. OnlarPaşinyan və digər Ermənistan rəsmilərinin səsləndirdikləriiddiaların həqiqətdən uzaq olduğunu açıq bildiriblər.

Ümumiyyətlə, Ermənistanda müəyyən qüvvələrin separatçılarınməhkəməsi ətrafında apardıqları saxta kampaniya beynəlxalqsəviyyədə ciddi qarşılanmır. Hərbi cinayətlər törətmiş şəxslərinbarəsində cinayət işinin açılması, onların ölkə qanunvericiliyinəvə beynəlxalq konvensiyalara uyğun olaraq məhkəmə qarşısınaçıxarılmaları Azərbaycanın daxili işi, suveren hüququdur. RəsmiBakı qarşı tərəfin bu mövzudakı bəyanatlarının ölkəmizin daxiliişlərinə kobud müdaxilə cəhdi olduğunu dəfələrlə bəyan edib.Ermənistan rəhbərliyi bu qeyri-adekvat davranışı ilə həmseparatçıların müharibə cinayətlərinə bəraət qazandırır, həm dədaxili narazılıqları səngitməyə çalışır.

MTM Analitik Qrup

Избранный
22
az.trend.az

1Источники