RU

Bir Ananın Mətbəxdəki Uğuru

Bir

Tanışlığımız təsadüfən baş verdi. Təbii gözəlliyi, insani keyfiyyətləri və gülərüzlüyü məni heyran etdi. Elə həvəslə, gözləri işıldayaraq arzularından bəhs edirdi ki, Arzu xanım. Rus dili müəlliməsidir, iki övladı və bir qız nəvəsi var."Nur" adlı şirniyyat evini açmağa necə qərar verdiniz?İnsanların sağlam və təbii məhsullara olan marağını gördükcə, öz şirniyyat evimi açmaq istədim. Bu, həm işimi, həm də marağımı birləşdirən gözəl bir təcrübə oldu.BirHər hansı bir xüsusi resept və ya təcrübə istifadə edirsinizmi?Bəli, mən xüsusi pəhriz çörəyi və şirniyyatlar hazırlayıram. Mənim əsas məqsədim şirniyyatların həm ləzzətli, həm də sağlam olmasıdır. İstifadə etdiyim inqrediyentlər təbii və hər kəsin rahatlıqla yeyə biləcəyi məhsullardır. Mən bir neçə qədim və özəl resepti birləşdirərək, hər zaman təzə və dadlı məhsullar təqdim etməyə çalışıram."Nur" şirniyyat evində ən çox hansı məhsul sevilir?Ən çox sevilən pəhriz çörəyimdir. Bu çörək xüsusilə sağlam həyat tərzi sürən insanlar tərəfindən çox sevilir. Bu qədim və təbii üsulla hazırlanan çörək həm sağlamlıq baxımından faydalıdır, həm də unudulmaqda olan ənənələrimizi yaşadır. Nənələrimizin illərlə qoruyub saxladığı bu reseptdə kimyəvi qatqılara yer yoxdur, yalnız təbii inqrediyentlərdən istifadə edilir. Acırtma üsulu ilə hazırlanan çörək xüsusi dada və teksturaya malikdir.Şirniyyat evinizi inkişaf etdirmək üçün hansı məqsədləriniz var?Mənim məqsədim yalnız şirniyyat satmaq deyil, həm də insanlara sağlam və keyfiyyətli məhsullar təqdim etməkdir. Yaxın gələcəkdə pəhriz çörəyi və şirniyyatlarımızın çeşidini artırmağı planlaşdırıram. Uğurlarınızın davamını arzulayıram! Sonda oxucularımıza nə demək istəyirsiniz?Mənim üçün hər bir müştəri bir dostdur. Onların sağlamlığı və məmnuniyyəti mənim üçün ən vacibdir. Hər zaman sağlam və dadlı məhsullarımızla insanları sevindirmək istəyirəm.Hər bir çörək və hər bir yemək onun həyat hekayəsinin bir hissəsidir — ailəsinə olan sevgisi, insanlara göstərdiyi hörmət və qətiyyətli əzmi. Bu yolda ona tükənməz enerji, daim inkişaf edən işlər və gözəl müştərilər arzulayırıq. Təki Arzu xanımın çörəkdən yaydığı xoş qoxu hər zaman davam etsin və onun hekayəsi daha çox insana ilham versin!

Diqqət Çəkənlər

Ərdoğan Azərbaycan səfirinə mükafat verdi

Hərbi Prokurorluq: Bu il hərbi cinayətlərin 100% açılıb

Prezident minimum pensiyanın artırılmasını təsdiqləyib

Избранный
42
ulusum.az

1Источники