RU

Kamran Əliyev Kürdəmirdə qəbul keçirib və prokurorluq binasının açılışını edib - Fotolar-Yenilənib

Fevralın 7-də Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Baş prokuror Kamran Əliyev iştirak edib.

Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb.

Kamran Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti təşkil olunub.

Digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşlarının qatıldığı tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.

Daha sonra iştirakçılar Kürdəmir rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.

***

Kamran Əliyev Zərdab rayon prokurorluğunun inzibati binasında Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağcabədi, Bərdə rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 46 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.









Избранный
73
46
qafqazinfo.az

10Источники