RU

Müharibə daha bir uşağı öldürdü

Qəzza ərazisinin cənubunda İsrail ordusunun buraxdığı partlamamış müharibə sursatının partlaması nəticəsində bir Fələstinli uşaq həyatını itirib.

"Cebheinfo.az"-ın Fələstin xəbər agentliyi WAFA-ya istinadən məlumatına görə, Qəzzanın cənubundakı Refah şəhərində İsrail ordusundan qalan müharibə sursatı partlayıb.

Partlama nəticəsində Məhəmməd Yasir əl-Qadi adlı fələstinli uşaq həyatını itirib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Mina Təmizləmə Xidməti İsrailin uzun müddət  hücum həyata keçirdiyi Qəzzada partlamamış  sursatlarının mülki şəxslər və humanitar yardım əməliyyatları üçün təhlükə yaratdığına dair xəbərdarlıq etmişdi.

Избранный
74
cebheinfo.az

1Источники