RU

Azərbaycanın neft bitumu idxal etdiyi ölkələrin adları açıqlanıb

Bakı. Trend:

Ötən ilin ilk 11 ayında Azərbaycana 121,2 ton miqdarında neftbitumu idxal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda neft bitumu idxalının dəyəri 38,2 minABŞ dolları olub. Bu göstəricilər əvvəlki ilin eyni dövrü iləmüqayisədə miqdar ifadəsi ilə 32,9 ton (21,3%) az, dəyər ifadəsiilə 3,46 min ABŞ dolları (10%) çoxdur. Belə ki, 2023-cü ilinyanvar-noyabr aylarında Azərbaycana idxal olunan neft bitumununmiqdarı 154,1 min ton, dəyəri 34,74 min ABŞ dolları olub.

Ötən ilin bəhs olunan dövründə Azərbaycana neft bitumu Rusiya vəİraqdan idxal edilib. Rusiyadan 23,14 ton miqdarında, 7,25 min ABŞdolları dəyərində, İraqdan isə 98,06 ton miqdarında, 30,95 min ABŞdolları dəyərində neft bitumu gətirilib.

Hesabat dövründə Azərbaycandan xaricə 1 191 ton miqdarında, 220min ABŞ dollarında neft bitumu ixrac edilib ki, bu da, illikmüqayisədə miqdar ifadəsi ilə 527 ton (31%), dəyər ifadəsi ilə 201min ABŞ dolları (47,7%) az olub. Belə ki, 2023-cü ilin ilk 11ayında Azərbaycandan ixrac olunan neft bitumunun miqdarı 1 718 ton,dəyəri isə 421 min ABŞ dolları olub.

Qeyd edək ki, ötən ilin hesabat dövründə Azərbaycandan yalnızGürcüstana neft bitumu ixrac edilib.

Məqalədə:
Избранный
12
az.trend.az

1Источники