Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyana 5 il 5 ay müddətinə cəza verib.
"Sputnik-Armenia"yanın xəbərinə görə, prokuror hakimlərdən onun 6 il azadlıqdan məhrum olunmasını tələb etmişdi.
Əvvəlcə Qarabağ müharibəsində ölən separatçı ordunun əsgərlərinin valideynləri çıxış edərək, məhkəmədən C. Harutyunyanın 8 il müddətinə həbsxanaya göndərilməsini istəyib.
Qeyd edək ki, C. Harutyunyan ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır./APA