Klublararası dünya çempionatının biletlərinin qiyməti dəyişdirilib.
İdman.biz xəbər verir ki, FİFA qiymətlərdə endirim etməli olub.
1/8 final və sonrakı mərhələlərin biletlərinin dəyəri ciddi şəkildə aşağı düşüb. Yarımfinalçı klubların azarkeşləri oyunu izləmək üçün 526 deyil, 140 dollarından keçməlidir. Finala ən ucuz biletlər isə 892 dollardan 300-ə düşüb. Belə addım atılmasına səbəb bilet satışının çox zəif olmasıdır.
Qeyd edək ki, “İnter Mayami” və “Əl-Əhli” arasında iyunun 14-də keçiriləcək açılış oyununa biletlərin müəyyən hissəsi satılmamış qalıb.
İdman.biz