RU

Orban Rusiyanın düşməni ilə mühüm saziş bağlayacaq

Macarıstan hakimiyyəti ABŞ administrasiyası ilə irimiqyaslı iqtisadi saziş bağlamaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

“Biz amerikalılarla miqyası və ciddiliyi baxımından əhəmiyyətli olan iqtisadi saziş bağlamağa hazırıq”, - o qeyd edib.

Orbanın sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının hərəkətləri nəticəsində iki ölkə arasında iqtisadi əlaqələr pozulub.

Baş nazir əlavə edib ki, Macarıstan və Vaşinqton arasında bu iqtisadi razılaşmalar əvvəlki əlaqələri bərpa edə və gələcək əməkdaşlıq üçün perspektivlər aça biləcək.

Akqabay

Избранный
3
1
publika.az

2Источники