Hindistanın Tamil Nadu əyalətində vəhşi fil alman turistə hücum edərək öldürüb. Bu barədə "Bild” nəşri yazıb.
Faciə ştatın qərbində yerləşən Anamalay Pələng Qoruğunda baş verib.
Fil almanı tapdalayıb və o, ayağa qalxıb qaçmaq istəyəndə dişi ilə onu bıçaqlayıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Gülnar
www.anews.az