SOCAR-ın “yaşıl” istiqrazlarını Mobil Şöbə vasitəsilə sifariş edə bilərsiniz
SOCAR-ın "yaşıl” istiqrazları Bank
Respublika-nın Mobil Şöbə tətbiqində!
Ölkəmizin aparıcı
banklarından biri olan Bank Respublika, müştəriləri üçün daha bir investisiya
imkanı yaratmışdır.
Belə ki, Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları həcmində
buraxdığı yeni "yaşıl” təyinatlı istiqrazları artıq Bank Respublikanın Mobil
Şöbə tətbiqi vasitəsilə eləcə də Bankın filiallarına müraciət edərək sifariş
etmək mümkün olacaq.
"Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə təqdim edilən bu istiqrazlar
investorlara stabil və etibarlı gəlir imkanı qazandırmaqla yanaşı, ölkəmiz üçün
əhəmiyyətli "yaşıl” enerji layihələrinin icrasına, bərpa olunan enerji mənbələrinin
inkişafına təkan verəcək.
SOCAR-ın "yaşıl” istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı
kimidir:
v Nominal dəyəri - 1 000 ABŞ dolları;
v Tədavül müddəti – 5 il;
v İllik gəlirlilik – 6%;
v Faiz ödənişi – rüblük.
Qeyd edək ki, "yaşıl” istiqrazları əldə etmək
üçün son tarix 28 fevral 2025-ci ildir.
İnvestorlar bu tarixə qədər sifarişlərini
yerləşdirərək SOCAR-ın "yaşıl” istiqrazlarını əldə edib investisiya
imkanlarından faydalana bilərlər.
Daha ətraflı məlumatı
bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində
və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz www.anews.az