İngiltərə Kubokunun 4-cü turu çərçivəsində keçiriləcək "Mançester Yunayted"- "Lester Siti" oyununda türk qapıçı Altay Bayındır forma geyinə bilməyəcək.
Offsideplus.az "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə klubun portuqaliyalı baş məşqçisi Ruben Amrom açıqlama verib.
"Qırmızı şeytanlar"ın çalışdırıcısı kanalın televiziyasına danışarkən Altayın və digər qapıçı Tom Xitonun bu matçı buraxacaqlarını deyib.
Lakin digər maçlarda hər iki qapıçı hazır olacaq.
Hüseyn Rəşadoğlu