RU

ABŞ-də məktəbli aeroporta silahla daxil olub təyyarə tələb etdi

ABŞ-də 15 yaşlı yeniyetmə hava limanına silahla daxil olaraq, təyyarə ilə təmin olunmasını tələb edib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hadisə Arkanzas ştatının Teksarkan regional hava limanında baş verib. Məktəbli avtomat və tapanca ilə hədə-qorxu gələrək aeroportda gərginliyə səbəb olub.

Məktəbliyə qarşı birinci dərəcəli terror ittihamı ilə cinayət işi açılıb. O, hazırda yeniyetmə qanunpozanlar üçün nəzərdə tutulmuş mərkəzdə saxlanılır.

İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilməyib.
Избранный
34
1
sherg.az

2Источники