ABŞ-nin Honkonq məhsullarının idxalına 10 faiz rüsum tətbiq etməsi qərarı ilə əlaqədar ölkə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.
Bu barədə Honkonq hökuməti bu gün bildirib.
Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın elan etdiyi tədbirlər ÜTT qaydalarına son dərəcə ziddir və şəhərin ayrı olan gömrük ərazisi statusuna məhəl qoymur.
\"Honkonq hökuməti öz qanuni hüquqlarını qorumaq üçün ÜTT-nin mübahisələrin həlli mexanizminə uyğun olaraq ABŞ-nin əsassız tədbirlərinə qarşı prosedurlara başlayacaq\", - hökumət nümayəndəsi bildirib.
///report