RU

Xalq artisti: “Dahilər torpağın altındadır, torpağın üstündə yox”

"Şərti şumda kəsək. Dahi söhbətini yığışdıraq. Dahilərin hamısı torpağın altındadır, torpağın üstündə dahi yoxdur. Dahi kimə deyə bilərik Azərbaycanda?"

Milli.Az  xəbər verir ki, bu sözləri Xalq artisti Eldar Mansurov dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" podkastında qonaq olarkən söyləyib. Tanınmış sənətkar açıqlamasında dahilik anlayışı ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, hər tanınmış və görkəmli insanı dahi adlandırmaq doğru deyil:
"Dahi çox deyil. Tanınmış, görkəmli ola bilər. Belə sənət adamları var, amma dahi o adamdır ki, bu ölkəyə, bu xalqa elə bir şey bəxş edib ki, millətin simvoluna dönüb. Bunlar kimlərdir? Mənə görə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev bəstəkarlardan bunları sayıram dahi. Müğənnilərdən isə iki dahimiz var- Rəşid Behbudov, Müslüm Maqomayev". 

Sənətkar eyni zamanda "korifey" sözünün çox zaman yersiz istifadə edildiyini vurğulayıb:

"Mən bu sözlərdən ehtiyyat edirəm əslində. Məsələn, korifey sözü sağ adama deyirlər bunu. Görürsən ki, sənətdə o qədər də sözünü deməyən amma istedadlı birisinə korifey deyirlər. Yerindən durana korifey deyirlər. Ümumiyyətlə korifeylər, dahilər bunlar torpağın altındadır ay camaat".

Milli.Az

Избранный
8
5
milli.az

6Источники