RU

Almaniya və NATO ölkələri Qrenlandiyaya qoşun göndərmək imkanını müzakirə ediblər

AzVision.az xəbər verir ki, bu barədə " The Telegraph " mənbələrinə istinadən məlumat dərc edib.

Bildirilir ki, alyans üzvləri ABŞ-nin adaya hücumu halında NATO nizamnaməsinin 5-ci maddəsinə müraciət etmək imkanını nəzərdən keçirirmiş. Lakin bu variant tez bir zamanda rədd edilib, çünki onun həyata keçirilməsi üçün ABŞ da daxil olmaqla NATO-ya üzv 32 ölkənin hamısının yekdil dəstəyi tələb olunacaqdı.

Odur ki, alyansın hər hansı üzvünün “ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi” üçün təhlükə yaranarsa, təcili məsləhətləşmələrin başlanmasına imkan verən 4-cü maddə daha məqsədəuyğun hesab edilib.

AzVision.az

Избранный
65
1
azvision.az

2Источники