Bakı. Trend:
AFFA fevralın 8-9-da aşağı yaş qrupları üzrə liqalardakeçiriləcək oyunları təxirə salıb.
Trend xəbər verir ki, bubarədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bütün zonalar üzrə planlaşdırılan AFFA U-8, U-9,U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının matçları hava şəraitiilə əlaqədar təxirə salınıb.