RU

Batut gimnastikası və tamblinq üzrə Bakı birinciliyi keçiriləcək

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni mövsümdə ilk yarışa start veriləcək.

İdman.biz xəbər verir ki, batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi keçiriləcək.

Fevral 14-15-də təşkil olunacaq yarışlarda idmançılar müxtəlif yaş kateqoriyaları üzrə birincilik uğrunda mübarizə aparacaqlar. Tamblinq üzrə yarışda qaliblər təsnifat mərhələsində 2 çıxışın cəminə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, birinciliklər Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək.

İdman.biz

Избранный
98
5
idman.biz

10Источники