RU

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

Image

USAID OCCRP-nin baş redaktorunu və redaktorlarını təyin etmək hüququna malik olub

Məlum olduğu kimi, Qərb və Amerikanın maliyyələşdirdiyi bir çox beynəlxalq jurnalust araşdırmalari layihələrində Azərbaycana qarşı tənqidi, bəzən isə təhqiramiz yazılar dərc edilir. İndi isə dəqiq aydınlaşır ki, belə layihələrin donorlarından biri də Amerikanın Azərbaycanda da bu yaxınlara qədər fəaliyyət göstərən Beynəlxalq İnkişaf Agentliyi (USAID) təşkilatı olub.

İndi bəlli olur ki, Organized Crime and Corruption Reporting Project (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi - OCCRP) çərçivəsidə Azərbaycana qarşı dərc edilən yazıların əksəriyyəti məhz USAID tərəfindən maliyyələşdirilib. Əlbəttə, bu və buna bənzər layihələr çərçivəsində dərc edilən yazılardakı məxfi məlumatlar heç də jurnalist araşdırmaları nəticəsində əldə edilmir. Bu, sadəcə, Amerıka və Qərb dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən ötürülür. Belə yazılarda isə yerli jurnalistlərin imzasından istifadə edilir. Onu da qeyd edək ki, belə layihələrə, əsasən istedadlı jurnalistləri cəlb edirlər ki, yazıların müəllifliyinə şübhə yaranmasın.

Maraqlıdir, bütün dünyaya "haqq-ədalət dərsi keçən" bu dövlətlərin belə üsullarla özləriə rəqib saydıqları digər ölkələrə təzyiqlər göstərməsi nə qədər ədalətlidir?

Digər tərəfdən, onların fitnəsinə uyub pul qazanmaq istəyən yerli jurnalistlərin bu gün üzləşdikləri çətinliklərdə o dövlətlərin məsuliyyəti necə müəyyənləşdirilə bilər?

Düzdür, jurnalist də onun hansı məsələyə cəlb edilməsinin fərqində olmalıdır. Öz xalqının, vətəninin və dövlətinin təəssüfünü çəkməlidir. Bu kriteriyalara malik olmayan jurnalustlər belə qrupların fitnəsinə uyur.

Sözügedən layihələrdən olan OCCRP Azərbaycana, eləcə də, əsasən müstəqil və Vaşinqtona müxalif olan ölkələrə qarşı qərəzli və qeyri-obyektiv mövqeyini davam etdirir. Məsələyə reallıqdan qiymət versək, burada təəccüblü bir şey yoxdur. Ona görə ki, əsasən, ABŞ tərəfindən qeyri-şəffaf şəkildə maliyyələşdirilən OCCRP, əlbəttə, öhdəliyinə uyğun olaraq, Vaşinqtonun sifarişini yerinə yetirməlidir.

Bu layihənin ABŞ-ın sifarişi ilə “korrupsiya ifşaçısı” rolunda çıxış etməsini dünya mediasında dərc edilən faktlar təsdiqləyir.

OCCRP-nin korrupsiya və cinayətkarlıqla bağlı arapşdırmaları, əsasən, ABŞ-la əks mövqedə olan Rusiya, Çin, İran, eləcə də ayrı-ayrı ölkələri haqqında olur.

OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıx olub ki, hətta USAİD rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. USAID-in OCCRP üzərində hökmünü daha aydın təsəvvür etmək üçün sadəcə bir faktı qeyd etmək kifayətdir. USAID OCCRP-dən layihələri və əməkdaşları ilə bağlı hər il hesabat tələb edib. Bu onu göstərir ki, USAID OCCRP-nin bütün fəaliyyətı üzərində söz sahibi olub. OCCRP-nin müstəqil təşkilat olmadığını təsbit edən daha ilginc fakt - USAID OCCRP-nin baş redaktorunu və redaktorlarını təyin etmək hüququna malik olub. Jurnalistikanın tərəfsizlik prinsipi də OCCRP üçün keçərli deyil. Çünki jurnalistikanın bu təməl prinsiplərinə də əməl olunmur. Belə ki, ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən OCCRP ABŞ-la bağlı hər hansı araşdırma aparmaq hüququna və imkanına malik deyil. OCCRP-nin sahibi Drew Sullivan özü də bunu etiraf edir.

Sözsüz ki, OCCRP layihələri çərçivəsində dərc ediləm tənqidi yazıların əksəriyyətini də USAID ya birbaşa, ya da dolayısı ilə maliyyələşdirib.

Dəniz NƏSİRLİ





Избранный
48
baki-xeber.com

1Источники