RU

NATO Qrenlandiyaya qoşun göndərməyi müzakirə edir

ABŞ prezidenti Donald Tramp adanın ABŞ-ın tərkibinə daxil olmasının zərurətindən danışdıqdan sonra NATO ölkələri Qrenlandiyaya qoşun yeritmək imkanını nəzərdən keçirib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, qeyri-rəsmi ünsiyyət zamanı NATO ölkələrinin nümayəndələri Alyansın kollektiv müdafiə müddəalarının 5-ci maddəsinin ABŞ-a qarşı istifadə imkanlarını müzakirə ediblər.

 

Lakin ABŞ da daxil olmaqla Şimali Atlantika Alyansının bütün üzvlərinin razılığı tələb olunduğu üçün belə bir ssenari tez bir zamanda rədd edildi.

 

Amerika lideri Donald Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

 

Bundan əvvəl Vens ABŞ-ın Qrenlandiyadakı ərazi marağına görə Avropanın “qışqırıqlarından” danışmışdı.

 

Miri

 

Избранный
19
oxu24.com

1Источники