Zəngilan. Trend:
2023-cü il sentyabr ayında keçirilən anti-terror tədbirlərindənsonra suverenliyimiz bərpa edildi. Həmin ərazilərdə hal-hazırda"Azərişıq"ın işləri davam edir.
Trend xəbər verir ki, bunu bugün Zəngilanda media nümayəndələri üçün keçirilən brifinqdə"Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri VüsalQənbərov deyib.
O qeyd edib ki, həmin ərazilərdə mövcud olan yarımstansiyalarınbərpası işləri aparılır.
“Xocalı şəhərində yeni yarımstansiyaların tikintisi işləriyekunlaşmaq üzrədir.
Xankəndi şəhərinin Baş Planı hazırlanır. Ona uyğun bizim layihəvə sxemlərimiz hazırlanır. O işlərin icrasına da yaxın günlərdəbaşlanılmalıdır.
Xankəndi ərazisində şəbəkə köhnə şəbəkədir. Demək olar ki,istifadəyə yararsızdır. Həmin ərazilərdə paylayıcı şəbəkələrin ikigüc mərkəzi arasında paylanması layihələri işlənməkdədir”,- deyə oqeyd edib.